Rusiya Kiyevə raket zərbələri endirdi: Ölənlər və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbələri nəticəsində azı 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
Onun sözlərinə görə, hücumlar nəticəsində paytaxtın Podil və Darnitski rayonlarında yaşayış binalarına ziyan dəyib. Hadisə yerlərində axtarış-xilasetmə əməliyyatları aparılır.
Kiyev meri Vitali Kliçko bildirib ki, zədələnmiş binalardan 15 nəfər sağ çıxarılıb. İlkin məlumata əsasən, şəhər üzrə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Tkaçenko isə açıqlamasında Rusiyanın mülki əhalini hədəf alan raket hücumlarını davam etdirdiyini vurğulayıb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı da Kiyevlə yanaşı, Çerniqov, Sumı, Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərinə qarşı hava hücumlarının davam etdiyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...