Vətəndaşlar su hidrantını açıq saxladı, küçəni su basdı - Problem aradan qaldırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Qeyd olunan ərazidə hidrantlar vətəndaşlar tərəfindən açılaraq açıq saxlanılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qəza ilə bağlı su kəsintisi bərpa olunduqdan sonra hidrantlardan axan su mövcud mənzərəyə səbəb olub. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb olunaraq hidrantlar bağlanılıb.
***14:50
Paytaxtın Üçüncü mikrorayon dairəsi yaxınlığında su hidrantı partlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Seyid Cəfər Pişəvari 40a ünvanında qeydə alınıb.
Nəticədə böyük həcmdə su küçəyə axmağa başlayıb. Hazırda ərazidə piyadaların hərəkəti çətinləşib.
Hadisəyə dair kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qu...