Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 4 nəfər xilas edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 4 nəfər xilas edilib
Hadisə 181

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər