Bakıda bu yollarda sürət həddi endirildi - RƏSMİ

Bakıda bu yollarda sürət həddi endirildi - RƏSMİ
Hadisə 57

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə daxil olan məlumata görə, bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaları tövsiyə edilir:

"Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və metereoloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər