Aeroport yolunda sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) "report"a verilən məlumatda bildirilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
BNA bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edib: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.
Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”.
Oxşar xəbərlər
Güclü külək Bakı-Sumqayıt qatarında problemlər yaradıb
Bu gün səhər saatlarından Bakı-Sumqayıt sürət qatarının fəaliyyətində yenə də problemlər yaranıb. Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, qatar...
