İcra başçısının avtomobili qaydanı kobud şəkildə pozdu (VİDEO)

İcra başçısının avtomobili qaydanı kobud şəkildə pozdu (VİDEO)
Video
Hadisə 2441

 

Daha bir icra başçısının xidməti maşını qayda pozarkən kameraya düşüb.

BAKU.WS xəbər verir ki, a24.az-ın redaksiyasına Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin xidməti avtomobilinin qayda pozuntusuna yol verdiyi barədə videokadr daxil olub. Redaksiyamıza videokadrları təqdim edən vətəndaş bildirdi ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Vətəndaşın sözlərinə görə, qəsəbə ərazisində sürət həddi 60 km/s olduğu halda icra başçısının xidməti avtomobili sürət həddini aşaraq 90-100 km/saatla hərəkət edib. "Yolda sürət həddi 60 km/saat idi. Mən də, qoyulan sürət həddinə əməl edirdim. Qəfildən 27-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil yüksət sürətlə yanımızdan keçdi. Videodan da görünür ki, avtomobilin sürət həddi digər nəqliyyat vasitələrinə nisbətən ən azı 30-40 km/saat yüksək idi. Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb”.

Həmin videosujeti təqdim edirik:

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yağmurlu hava şəraiti ilə bağlı bu gün Bakı şəhəri ərazisində üç yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə "Report”a Bakı şəhər Baş Polis İdarəsinin Dövlə...

1319 Sosial 14:26 16 sentyabr 2016

Son xəbərlər