İcra başçısının maşını 200-lə getdi (VİDEO)
Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.
Avtosfer.az bir müddət əvvəl Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yaymışdı. İcra hakimiyyəti sonradan açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı.
Fevralın 29-da, saat 10:25 radələrində çəkilmiş bu videoda isə Ağstafa rayonunun birinci şəxsinin, yəni icra başçısı Məhərrəm Quliyevin 05 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobilinin maksimum sürət saatda 110 km olan yollarda 180-200-lə hərəkət etdiyi əksini tapıb, Düzdür, bu videonu çəkənlər də qayda pozurlar.
Amma təəssüflər olsun ki, icra başçısının avtomobili hətta yaşayış məntəqəsində – saatda 90 km sürət rejimi tətbiq olunan ərazidə də 180-200-lə gedir.
Qeyd edək ki, bir müddət əvvəl Mingəçevirin icra başçısının da xidməti maşını saaatda 180-lə gedərkən videosu çəkilmişdi. Bu dəfə isə Ağstafanın icra başçısı Məhərrəm Quliyevin xidməti maşını həmkarını geridə qoydu…
BAKU.WS
Oxşar xəbərlər
İcra başçısının maşını 180 sürətlə gedir (VİDEO)
Mingəçevir şəhər icra başçısının xidməti avtomobilinin sürət həddini aşması ilə bağlı video yayılıb. BAKU.WS AzNews.az-a istinadən məlumat verir ki, videonu re...