Bakının əsas magistral yollarında sürət həddi endirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
BAKU.WS bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Oxşar xəbərlər
Sərnişinlər niyə marşrut avtobuslarından şikayət edir? - VİDEOREPORTAJ
Təəssüf ki, son günlər Bakıda sərnişin avtobuslarının bir sıra hallarda dayanacaqlara nəzərdə tutulan vaxtdan gec gəlmələri ilə bağlı şikayətlərlə daha çox qarş...