Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı

Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı
Hadisə 62

Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsində yerləşən barlardan birində qeydə alınıb.

İttiham aktındakı yekun protokola əsasən, 1990-cı il təvəllüdlü Osman Quliyev (ad və soyad şərtidir) sərxoş halda həmin barın qarşısına gələrək içəri girmək istəyib. Lakin orada mühafizəçi işləyən zərərçəkmiş şəxs Osmana sərxoş olduğunu və obyektə yalnız ailəli şəxslərin buraxıldığını bildirib.

Mühafizəçinin sözlərindən qəzəblənən O.Quliyev İçərişəhərdə yaşadığı evə gedərək iki ədəd mətbəx bıçağı götürüb. O, yenidən mühafizəçinin yanına qayıdıb və yaranmış mübahisə zamanı onun kürək nahiyəsinə bıçaqla zərbə endirərək xəsarət yetirib.

Faktla bağlı Osman Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını qeyd edib. Zərərçəkmiş şəxs də öz növbəsində Osmana qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Osman Quliyev yekun olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu

Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu

Ötən gecə Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə...

83 Hadisə 10:04 03 may 2026

Son xəbərlər