Bakıda avtomobildən bahalı boyunbağı oğurlandı: Polis keçmiş məhkumu yaxaladı
05
iyn
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçmiş məhkum avtomobili qarət edib.
BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Yasamaldakı avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4 300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefo...