Bakıda avtomobil qaçıran şəxs qəza törədib, ağır xəsarət alanlar var - VİDEO
19
sen
2019
08:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda iki avtomobil toqquşub.BAKU.WS APA-ya istinadla xəbər verir ki, Biləcəri qəsəbəsində 30 yaşlı Nəcəfov Əlizamin Ələddin oğlu tanışının “VAZ 2107” markalı avtomobilini qaçırıb.O, yüksək sürətlə Binəqədi şossesində hərəkətdə olan zaman 40 yaşlı Məhərrəmov Şükür Haqverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilin sürücüsü ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.Avtomobillər deformasiyaya uğrayıb. Zərbənin gücündən benzin çəni deşilib və benzin yola dağılıb.Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda "Niva" ilə avtoxuliqanlıq edən sürücü qəza törədib qaçdı - VİDEO
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Yasamal rayon Dövlət Yol Polis Şöbəsindən APA-ya verilən məlumata görə, "Niva" markalı avto...