Aeroport yolundakı qəzanın görüntüləri – VİDEO

24
iyl
2019
08:49
Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, beynəlxalq hava limanı istiqamətində hərəkətdə olan və Süleyman Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkətdə olan "Daewoo" markalı avtomaşına çırpılıb.Zərbənin təsirindən "Daewoo" yolayırıcı dəmirə dəyib. Avtomobilin sürücüsü Məmmədov Təbriz Maqsud oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirib.Hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
Gədəbəydə 4 maşının toqquşduğu dəhşətli qəzanın görüntüləri - VİDEO
Gədəbəydə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun Zəhmət kəndində qeydə alınıb.Belə ki, Arıqır...
