Bakıda "Niva" ilə avtoxuliqanlıq edən sürücü qəza törədib qaçdı - VİDEO

20
avq
2019
10:32
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Yasamal rayon Dövlət Yol Polis Şöbəsindən APA-ya verilən məlumata görə, "Niva" markalı avtomobil rayon ərazisində avtoxuliqanlıq edib. Daha sonra o, yüksək sürətlə Nəriman Nərimanov heykəlinin yaxınlığında dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticə “Niva” dairədə hərəkətdə olan Təbriz Məhərrəmova məxsus "Mercedes" markalı avtomobilə dəyib. Zərbənin gücündən "Mercedes" dairənin beton piltələrinə çırpılıb.Qəza zamanı "Mercedes"də olan sərnişin xəsarət alıb. "Niva"nın adı hələlik müəyyən edilməyən sürücüsü hadisə yerindən yayınıb.Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Bakıda iki maşın toqquşdu, "Infiniti" çuxura düşdü - xəsarət alan var - VİDEO
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsi ilə hərəkət...
