Bakıda avtomobil oğurusu tutuldu

Bakıda avtomobil oğurusu tutuldu
Hadisə 316
Bakı şəhərində avtomobil qaçıran şəxs saxlanılıb.Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 25-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Masallı rayon sakini İ.Bağırov şəhər ərazisindən “VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirib.Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin avqustun 26-da saat 20 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkar edilib.Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və 3 sərnişini Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə təhvil veriliblər. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

61 yaşında maşın qaçıran Damət Həsənov saxlanıldı - FOTO

61 yaşında maşın qaçıran Damət Həsənov saxlanıldı - FOTO

Mingəçevir şəhərində avtomobil qaçıran 61 yaşlı Damət Həsənov saxlanılıb.Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə veril...

494 Hadisə 16:23 26 avqust 2019

Son xəbərlər