61 yaşında maşın qaçıran Damət Həsənov saxlanıldı - FOTO

26
avq
2019
16:23
Mingəçevir şəhərində avtomobil qaçıran 61 yaşlı Damət Həsənov saxlanılıb.Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, hadisə avqustun 25-də baş verib.Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.
Müraciət aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.“İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər
Avtomobil qaçıran 20 yaşlı gənc saxlanıldı - FOTO
Şəmkirin Yeniyol kəndində avtomobil oğurluğu hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir RPŞ-yə ərizə il...
