Bakıda avtobus qəzası baş verib

Bakıda avtobus qəzası baş verib
Hadisə 380

Bakının Maştağa qəsəbəsində Zabrat hava limanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəzada “Ayşən LTD” MMC-nin istismarında olan 172 nömrəli marşrutda işləyən 90-JF-715 avtobus da iştirak edib.

Daşıyıcının verdiyi məlumata görə qəza minik avtomobilinin qəflətən geri dönmə manevri etməsi nəticəsində baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.

Son xəbərlər