Bakıda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakıda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub
Hadisə 50

Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xalid Hüseynova hökm oxunub və o, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə sentyabrın 12-də paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində qeydə alınıb.

Belə ki, X.Hüseynov həyat yoldaşı, 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

X.Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər