Bakıda alabay itləri sahibini parçalayaraq öldürdü
04
dek
2024
14:08
Bakıda it öz sahibini parçalayaraq öldürüb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Ə.Y. saxladığı alabay cinsli itlər sahibinə hücum edib.
Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.
Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları çağırılıblar.
Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə, Ə.Y. biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.
Oxşar xəbərlər
Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri se...