Bakıda ailə DRAMI: Keçmiş xanımını avtomobillə vurdu, sonra bıçaqladı

Bakıda ailə DRAMI: Keçmiş xanımını avtomobillə vurdu, sonra bıçaqladı
Hadisə 1429
Bakıda kişi əvvəlcə keçmiş həyat yoldaşını avtomobillə vurub, daha sonra onu və anasını bıçaqlayıb.BAKU.WS xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib.Verilən məlumata görə, Bakıxanov qəsəbəsində 1977-ci il təvəllüdlü Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurub. F.Atakişiyev avtomobilindən düşərək əvvəlcə R.Atakişiyevanı bıçaqlayıb.Daha sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib.Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. F.Atakişiyev saxlanılıb.

Oxşar xəbərlər

Son xəbərlər