Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI - VİDEO

Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI  - VİDEO
Video
Hadisə 2966
Gecə Bakıda ağır cinayət olub. Kişi keçmiş həyat yoldaşının kirayədə qaldığı evə gələrək qızını, keçmiş həyat yoldaşını və daha iki nəfəri bıçaqlayıb. Hadisə zamanı evdə xəsarət alanlardan biri xəstəxanada ölüb. Cinayəti törədib qaçan şəxs isə polis tərəfindən saxlanılıb. Bakıda daha bir ağır cinayətdəisə oğul anasını öldürüb, izi itirmək məqsədi ilə meyti yandırıb.Kişi keçmiş həyat yoldaşının kirayədə qaldığı evə gələrəkmənzildə olan hər kəsi bıçaqlayıb.Ağır cinayət gecə paytaxtın Xəzər rayonu Binə qəsəbəsi südçülük savxozu kimi tanınan ərazidə baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə,saat 3 radələrində 45 yaşlı Maral Rzayevanın evinə gələn keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Rzayev münaqişə zəminində ona, qızı 20 yaşlı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Qəmər Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini Vasif Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerinidən qaçıb.Yaralılar səsə gələn qonşular tərəfindən dərhal 3 saylı şəhər xəstəxanasına gətriliblər. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Digər yaralıların vəziyyəti isə normaldırHadisə yerinə gələn Xəzər rayon polis və prokurorluq orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. Hadisəni törətməkdə şübhəli bilinən Zaur Rzayev tutulub. İlkin dindirmə zamanı o, hadisəni qısqanclıq zəmnində törətdiyini deyib.Bakıda başqa bir ağır cinayət Sabunçu rayonu Nardaran qəsəbəsindəolub. Polisdən verilən məlumata görə, 50 yaşlı Nardaran sakini TahirBağırov 77 yaşlı anası Rübabə Bağırovanı yaşadıqları evdə boğaraq öldürüb, daha sonra meyti yandırıb. Qadının yox olmasından qonşular narahat olublar və bu barədə polisə məlumat veriblər. Hadisədən sonra Tahir Bağırov cinayət yerindən qaçıb, lakin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı müəyyən olunub ki, ana və oğul arasında münaqişə olub.Məlumata görə, oğul anasından yaşadıqları torpağın 4-5 sotunu satmaq üçün razılıq istəyib. Lakin Rübabə Bağırova razı olmayıb. Bundan qəzəblənən Tahir Bağırov anasını boğaraq öldürüb, sonra isə üstünə kerosin tökərək yandırıb.Hər 2 faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər