Kişi keçmiş arvadının evinə girib 4 nəfəri bıçaqladı –Bakıda dəhşətli cinayət
22
may
2019
09:34
Bakıda kişi keçmis arvadını və yaxınlarını bıçaqlayıb.Bu barədə Daxili İşlər Nazirlyiinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, qanlı cinayət mayın 20-də saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində baş verib.Həmin ünvanda kirayə yaşayan M.Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Q.Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini V.Əliyevə bıçaqla xəsarət yetirib.Daha sonra Z.Rzayev hadisə yerini tərk edib.Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Xəstəxanada V.Əliyev ölüb.Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Rzayev tutulub.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI - VİDEO
Gecə Bakıda ağır cinayət olub. Kişi keçmiş həyat yoldaşının kirayədə qaldığı evə gələrək qızını, keçmiş həyat yoldaşını və daha iki nəfəri bıçaqlayıb. Hadisə za...