Bakıda ağır qəza - 2 nəfər öldü

22
apr
2020
09:47
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda “Opel” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
BAKU.WS-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda dəhşətli qəza - Ölən var
Bakının Sabunçu rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, had...
