Bakıda 330 min manatlıq saat oğurlanıb - Çin vətəndaşı şübhəli bilinir
11
okt
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 330 min manat dəyərində saat oğurlanıb.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını oğurlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Jang Quomin tutulub.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı
2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 106.9 milyon manat bərpa edilib, 100.9...