Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Foto
Hadisə 22

"Sahil" stansiyasında "İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətirinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

“Vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvaviq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb. "28 May" stansiyasında qapıya təkrar baxış keçirilib, işarəvermə sistemi yoxlanılıb. Hər hansı bir texniki problemin olmadığına əminlik yarandığından, "Gənclik" stansiyasından başlayaraq, qatar sərnişinlərlə yoluna davam edib”, - deyə qurum rəsmisi bildirib.

***22:49

"Bakı Metropoliteni" QSC-nin qatarında nasazlıq yaranıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə metronun "Sahil" stansiyasında qeydə alınıb.

Belə ki, "İçərişəhər" metrostansiyasından çıxan qatar "Sahil" stansiyasında boşaldılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər