Bakı metrosunda problem, sərnişinlər geri qaytarılıb - YENİLƏNİB

Bakı metrosunda problem, sərnişinlər geri qaytarılıb - YENİLƏNİB
Hadisə 310

"Xətai-Cəfər Cabbarlı stansiyasında maşınistin idarəetmə pultunun qapılara müdaxilə olunması ilə bağlı siqnalı işə düşüb".

Bu barədə BAKU.WS-ə metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Belə olduqda metropolitenin təlimat qaydalarına uyğun olaraq maşınist qatarı saxlayıb. Texniki baxış təyin olunub. Hər hansı problem olmadığı müəyyən edilsə də əlavə texniki baxış məqsədilə qatar tuneldə 3 dəqiqə qalmalı olub. Daha sonra qatar əlavə texniki baxış üçün təyin olunan zonaya çıxarılıb. Bakı Metropoliteninin Xətai və Cəfər Cabbarlı stansiyası arasında qatarlar məkik prinsipi ilə hərəkət edir. Hərəkətin təşkili ilə bağlı problem yaşanmayıb. Təhlükəsizlik tam təmin edilib".

Metropoliten rəsmisi daha sonra sərnişinləri daha diqqətli olmağa və qaydalara əməl etməyə çağırıb:

"Sərnişinlərə müraciət etmək istəyirik ki, yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəylik gününün yaxınlaşdığı bir vaxtda bayramları yüksək ovqatda keçirmək üçün metropolitenin istifadə qaydalarına əməl olunsun".

***10:18

Bakı Metropoliteninin Xətai-Cəfər Cabbarlı stansiyası xətti üzrə hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, 18 nömrəli qatar texniki səbəbdən geriyə hərəkət etməli olub.

Sərnişinlər Xətai stansiyasında düşürülüb.

Xətai dalanında olan digər qatarla sərnişinlər Cəfər Cabbarlı stansiyasına yenidən yola salınıb.

Son xəbərlər