Bakıdakı böyük partlayış nəticəsində evlərə ziyan dəyib, sakinlər və jurnalistlər əraziyə buraxılmır

Bakıdakı böyük partlayış nəticəsində evlərə ziyan dəyib, sakinlər və jurnalistlər əraziyə buraxılmır
Hadisə 1304

 

Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Massiv 3” adlanan yaşayış sahəsində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər