Bakıda sürücü ilə polis arasında mübahisə: "Ə deyirəm sənədini..." (VİDEO)

Bakıda sürücü ilə polis arasında mübahisə: Ə deyirəm sənədini... (VİDEO)
Video
Hadisə 6954

 

Bakıda sürücü ilə YPX əməkdaşı arasında mübahisə kameraya düşüb. 

 

BAKU.WS-in məlumatına görə, Masazır yolunda gizli radar quraşdıran polis əməkdaşlarına yaxınlaşan sürücü etiraz edib. Polisə irad tutan sürücü gizli radar quraşdırılmasının düzgün olmadığını bildirib. Buna cavab olaraq polis sürücüdən sənədlərini təqdim etməyi tələb edib. 

Qeyd edək ki, radarla bağlı ekspert Ərşad Hüseynov bir müddət öncə açıqlama vermişdi. Mütəxəssis hesab edir ki, radarlar istənilən yerdə hətta 100 metrdən bir də quraşdırıla bilər:

"Sürücü yolda radarların olmasından niyə narahat olmalıdır ki? Bəlkə heç yolda radar yoxdu. Sən qaydalara əməl et. Yanaşma bu cür olmalıdır. Bizdə radarlarla bağlı çox yanlış yanaşmalar var. Elə bilirlər ki, yola radar quraşdırıblar ki, kimisə güllələyələr. Radarları sürücülər sürət rejimini pozmasın, qəzalar baş verməsin deyə quraşdırıblar. Çünki baş verən qəzaların böyük əksəriyyəti sürücülər sürət həddini aşdığı üçün baş verir. İndi düzdü kimlərsə ondan başqa məqsəd üçün istifadə edirsə bu tamam başqa bir söhbətin mövzusudur. Konkret olaraq desək yolda radarın hansı məsafədən bir qoyulmasına dair heç bir meyar yoxdur. Bu heç kimi narahat etməməlidir. Siz qaydalara riayət edin. Harda radarın olub olmaması sizi narahat etməsin". 

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər