Bakı-Qazax yolunda 30 km-ə 10 radar (VİDEO)

Bakı-Qazax yolunda 30 km-ə 10 radar (VİDEO)
Video
Sosial 5439

Gürcüstandan Bakıda istiqamətdə "Qırmızı körpü" deyilən ərazidən gələrkən yolda 30 km-ə 10 radar quraşdırılıb. 

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə sürüclərdən biri maraqlı video paylaşıb. Belə ki, Bakıdan Qazax istiqamətində hərəkət edən sürücü yoldakı radarları saymağı qərara alıb. Nəticədə təxminən hər 3 km məsafəyə 1 radarın düşdüyü ortaya çıxıb.

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov radarların neçə km-dən bir qoyulmasının konkret məsafəsi olmadığını bildirib.

"Radarlar istənilən yerdə hətta 100 metrdən bir də quraşdırıla bilər. Sürücü yolda radarların olmasından niyə narahat olmalıdır ki? Bəlkə heç yolda radar yoxdu. Sən qaydalara əməl et. Yanaşma bu cür olmalıdır. Bizdə radarlarla bağlı çox yanlış yanaşmalar var. Elə bilirlər ki, yola radar quraşdırıblar ki, kimisə güllələyələr. Radarları sürücülər sürət rejimini pozmasın, qəzalar baş verməsin deyə quraşdırıblar. Çünki baş verən qəzaların böyük əksəriyyəti sürücülər sürət həddini aşdığı üçün baş verir. İndi düzdü kimlərsə ondan başqa məqsəd üçün istifadə edirsə bu tamam başqa bir söhbətin mövzusudur. Konkret olaraq desək yolda radarın hansı məsafədən bir qoyulmasına dair heç bir meyar yoxdur. Bu heç kimi narahat etməməlidir. Siz qaydalara riayət edin. Harda radarın olub olmaması sizi narahat etməsin", - deyə Ərşad Hüseynov bildirib. 

Aynur Ələkbərova

Video: 9192

BAKU.WS 

Son xəbərlər