Yol Polisindən sürücülərə tələ - gizli radar (VİDEO)
Yol kənarında sayrışan işıqları və üzərində xüsusi fərqləndirici qrafika olmayan polis avtomobili dayanıb. Maşının içərisində isə bir polis əməkdaşı radar quraşdırır. Sosial şəbəkələrdə yeni yayılan görüntülər əksər sürücülərin narazılığına səbəb olub. Sürücülər radarın qanunsuz qoyulduğunu iddia edirlər.
Bu görüntülər radarların hansı ərazilərdə quraşdırılmasının qanuni olub-olmadığını gündəmə gətirir. Baş dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin sözlərinə görə, yol polisi əməkdaşı tərəfindən avtomobildə radarın quraşdırılmasında heç bir problem yoxdur.
Bu zaman avtomobilin xüsusi rəng qrafikasının və sayrışan işığının olması da şərt kimi tələb edilmir. Şöbə rəisinin sözlərinə görə, radarın qanuni olması üçün onun polisin mərkəzi informasiya bazasına inteqrasiya olunması şərtdir. Əgər radar mərkəzi informasiya bazası ilə əlaqələndirilibsə, o zaman qayda pozuntusu zamanı sürücünün ünvanına elektron protokol gələcək
Bu zaman sual yaranır ki, belə avtomobillərdə quraşdırılan radarların qeydə aldığı qayda pozuntusuna görə avtomobili yolda saxlamaq olarmı?
BAKU.WS
Oxşar xəbərlər
Yol polisindən daha bir kobud qayda pozuntusu: Biabırçılıq - VİDEO
Son vaxtlar yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı tədbirlər sərtləşdirilib. Lakin maraqlısı odur ki, Dövlət Yol Polisi əməkdaşlarının özlərinin qayda...