Sürücü 110-luq yolda 101-lə radara düşdü - protokol yazıldı (VİDEO)
Sürücülərdən biri 101, o biri 104, digəri isə 105 km/ saatla radara düşüblər. Həmin yolda sürət həddi isə 110 km/ saatdır.
Sürücülərin iddia etdiyi yol Bakı-Qazax yolunun 211 -ci km-liyi Ucar rayon ərazisidir. Ucar rayon Şilyan kənd sakinləri Kamil Əhmədov, Şamo Həsənov və Rusif Əliyev Ucardan Bakı istiqamətində hərəkətdə olarkən radara düşüblər.
Daha bir maraqlı maqam isə protokolda radar olan ərazinin magistral yolun 209 km-yi göstərilsə də, hazırda radar 211-ci km-də yerləşir. Radara düşən hər bir sürücünün ünvanına protokol gələrək onlar cərimə edilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu texniki səhvdən əlavə sürət həddinin göstəriləndən aşağı olması səbəbindən də baş verə bilər. Ona görə də həmin sürücülər dyp.gov.az saytının şikayətlər bölməsinə yazmalıdır. Məsələ araşdırıldıqdan sonra onlara cavab məktubu göndəriləcək. Protokol hansısa bir texniki səhv ucbatından göndərilibsə, ləğv olunacaq.
BAKU.WS xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
BAKU.WS
Oxşar xəbərlər
"Kamaz" 27 ton yüklə radara düşdü - 137 km/saat sürətlə - VİDEO
Goranboy sakininin başına maraqlı hadisə gəlib. Onun yük maşını 137 km saat sürətlə radara düşüb. Həmdə avtomobilin maksimum sürəti 120 km saatdır. Sürücü bunun...