Maksimum sürəti saatda 120 km. olan maşın 122 ilə necə radara düşüb? - VİDEO
Avtomobilin maksimum sürəti saatda 120 km-dir, ancaq o, saatda 122 -lə radara düşüb. Təəccüblü hadisə Sabirabad sakininin başına gəlib. Sürücü onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.
BAKU.WS xezerxeber.az-a istinadən məlumat verir ki, Sabirabad sakini Kərim Hüseynovun ünvanına bu məktub göndəriləndə o, xeyli təəccüblənib. Çünki onun yük maşını saatda maksimum 120 km sürətlə gedə bilir.
Sürücüyə göndərilən məktubda isə qeyd olunur ki, o, sürət limiti saatda 60 km olan yerdə bu həddi aşıb və saatda 122 km sürətlə hərəkət edib.
Kərim Hüseynov bildirir ki, yük maşını ilə qeyd olunan sürətə çatması mümkün deyil.
Vətəndaş onun ünvanına gələn protokolda texniki səhvin olduğunu iddia edir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə bildirib ki, vətəndaş onlara müraciət etsin. Araşdırıldıqdan sonra sürücü haqlı çıxarsa, tərtib olunan cərimə protokolu ləğv olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Yol polisi sürücünün şok fırıldağını ifşa etdi, cinayət işi açıldı - VİDEO
Bir neçə gün öncə "Xəzər Xəbər”in vatsap nömrəsinə müraciət edən sürücü evdə xəstə yatdığı halda ünvanına radarla bağli elektron protokol gəldiyini, üstəlik, gö...