Əlləri yoxdur, saatda 170 kilometr sürətlə avtomobil idarə edir - VIDEO
Hər iki əli işləməyən gənc avtomobil idarə edir, özü də saatda 170 kilometr sürətlə. Daha da qəribəsi əlləri olmayan Elnur Zülfəliyev mühafizəçi işləyir. Əməkdaşlarımız bu gün həmin gəncin avtomobildə əyləşib onun maşını necə idarə etməsini lentə alıblar.
Hər iki əli yoxdu, amma ''VAZ-2107'' markalı avtomobili saatda 170 kilometr sürətlə idarə edir. Sürət qutusunu isə ayağı ilə dəyişir. Paytaxtın Qaradağ rayon sakini 25 yaşlı Elnur Zülfəliyevin sözlərinə görə, 2003-cü ildə, 6-ci sinində oxuyanda uşaqlarla oynayarkən elektrin transfarmatorunun içinə girib. Yerdə olan məftili götürmək istəyərkən elektrik cərəyanın vurması ilə o, əllərini tirib.
Əlləri olmasa da mühafizəçi işləyən Elnur Zülfəliyev maaşını toplayıb özünə avtomobil alıb. Ancaq dəfələrlə sürücülük vəsiqəsi almağa təşəbbüs etsə də polis icazə verməyib. Əlil olduğunu qəbul etməyən Elnur Zülfəliyev idarə etdiyi avtomobillə bir çox sürücüyə meydan oxuyur.
Söhbət zamanı o, avtomobilinin göstərilən maksimum sürəti ilə idarə etdiyini də dedi. Baxmayaraq ki, bu onun üçün belə vəziyyətdə olduqca təhlükəlidir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb
Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb. "Report”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini 26...