Sərnişin mikroavtobusunun "ölüm sürəti" (VİDEO)
Yolda maksimum sürət həddi saatda 90 km göstərilsə də, sərnişinlə dolu mikroavtobus 130 km/saat-dan artıq sürətlə hərəkət edir.
Arxadan gələn minik maşınının spidometri də bunu açıq aydın sübut edir. Belə ki, sürəti saatda 120 km/saat olan minik maşını mikroavtobusa çata bilmir.
Sosial şəbəkələrdə yayılan bu mənzərə mikroavtobuslarla təhlükəsiz sərnişindaşıma və buna nəzarət məsələsini gündəmə gətirir.
Ekspertin sözlərinə görə, yollardakı kamera və radarlarla belə sürücülərə qarşı tam nəzarət etmək olmur. Bu məqsədlə gərək mikroavtobuslara GPS sistemi və kamera quraşdırılsın.
Bundan əlavə taxoqrafların da qoyulması şərtdir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, mikroavtobusların sürətinə yalnız kameralar və radarlarla nəzarət edilir. Texniki vasitələrin olmadığı ərazilərdə isə sürət həddinə nəzarət etmək çox çətindir.
"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Bakıda yük maşını ölüm saçdı - VİDEO
Avtosfer.az-ın daimi oxucularından biri Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digərləri üçün təhlükəli vəziyyət yaradan yük avtomobilinin video...