Sürücülərə vacib xəbər - Antiradar və 800 manat cərimə - VİDEO
Biri radara sürəti ölçməyə mane olur, digəri isə yolda radar olub-olmadığını göstərir. Söhbət antiradar və radar detektorlarından gedir. Hər iki cihaz qanunla qadağan olunub. Antiradar və radar detektorlarından istifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.
Baş Dövlət Yol Polisi İdarəsinin höbə rəisi Kamran Əliyevin sözlərinə görə, antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib. Radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtomobil sürət həddini aşmadan 8 dəfə radara düşdü: 320 AZN cərimə
Bakıda Hüseyn Cəfərov adlı sürücü təxminən 100 km-lik məsafədə 8 dəfə radara düşüb və 320 manat cərimə olunub. BAKU.WS-ə danışan sürücünün sözlərinə görə, yo...