Bakıda əsən güclü küləyin fəsadları (FOTO)

Bakıda əsən güclü küləyin fəsadları (FOTO)
Hadisə 1564

 

Ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, gecə saatlarında yarımadanın bəzi yerlərində yağış sulu qara keçib.

BAKU.WS-in məlumatına görə, dekabrın 3-dən 4-nə keçə gecə Azərbaycanda küləyin sürəti saniyədə 15-23 metrə, bəzi regionlarda hətta 35 metrə yüksəlib. Bu göstərici ölkə ərazisində küləyin sürətinin saatda 125 km-ə qədər yüksəldiyinə əsas verir. Güclü şimal qərb küləyi ölkədə hava tempraturunun kəskin aşağı düşməsinə gətirib. Nazirlikdən verilən məlumata görə, küləyin sürəti mövsüm normalarına uyğundur.

Ancaq buna baxmayaraq güclü külək Bakıda fəsadlara səbəb olub. Paytaxt küçələrində güclü külək nəticəsində ağacların budaqları qırılıb və avtomobillərin üstünə düşərək yararsız hala salıb. Hətta şəhərin bəzi yerlərində güclü külək nəticəsində işıqforlar da yararsız hala düşüb. 

BAKU.WS paytaxtda əsən güclü küləyin yol verdiyi fəsadların fotolarını təqdim edir:

Foto Emil Abdullayevə məxsusdur. 

Oxşar xəbərlər

Azərbaycana 59 sm qar yağdı (FOTO, VİDEO)

Azərbaycana 59 sm qar yağdı (FOTO, VİDEO)

Ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv o...

1935 Şou-biznes 11:32 04 dekabr 2015

Son xəbərlər