Bakıda ərini döyə-döyə öldürən 23 yaşlı qız danışdı

Bakıda ərini döyə-döyə öldürən 23 yaşlı qız danışdı
Hadisə 23963
Ötən gecə Bakının Sabunçu rayonunda həyat yoldaşı, 29 yaşlı Nazim Vəliyevi öldürən 23 yaşlı Tünzalə Vəliyeva hadisəni özünü müdafiə edərkən törətdiyini deyib.Lent.az xəbər verir ki, 1 və 2 yaşlı iki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu demək olar ki, hər gün döydüyünü bildirib. Müxtəlif yerlərdə günəmuzd əməklə məşğul olan və evə içkili gələn Nazim Vəliyevin əməllərindən bezdiyini deyən qadın onu öldürməyi planlaşdırmadığını əlavə edib: "Məni hər gün döyürdü, təhqir edirdi. Dünən də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".Tünzalə Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İlkin araşdırmalardan sonra cinayətin özünü müdafiə və ya ehtiyatsızlıq əsaslı maddəyə tövsif edilməsi ehtimalı var.BAKU.WS

Son xəbərlər