Bakıda ər ona viski almayan arvadını gecə yarısı döyüb evdən qovdu - FOTO
15
okt
2018
11:21
Bakıda qadına qarşı daha bir ailə məişət zorakılığı yaşanıb.BAKU.WS xəbər verir ki, Səmayə Xəlilova (ad və soyad şərtidir) həyat yoldaşı tərəfindən döyülərək küçəyə atılıb.Ailə münaqişəsinin yaranmasına səbəb ərin içki düşkünü olmasıdır. Belə ki, Kamran Xəlilov (ad və soyad şərtidir) xadimə işləyən Səmayədən qazandığı 75 manata ona viski almağı tələb edib. Qadın o pulu uşaqlarının təhsili üçün yığdığını deyərək ərinə etiraz edib. Arvadının rədd cavabından qəzəblənən ər onu döyüb və gecə yarısı evdən qovub.Fiziki və mənəvi təcavüzə məruz qalan iki uşaq anası "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına pənah aparıb. "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova Səmayənin Sığınacağa ilk gəlişi olmadığını deyir: "Bundan əvvəl də sığınacaqda uşaqları ilə birlikdə qalıb. Əri 2 dəfə içki içməyəcəyini söz verərək, qadını inandırıb və evə aparıb". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Bakıda qızı 80 yaşlı ağbirçəyi evdən qovdu, xəbəri eşidən böyük bacı... - FOTO
Bakıda ağbirçək qadını qızı evdən qovub.BAKU.WS xəbər verir ki, küçədə qalan 80 yaşlı Əsgərova Cəmilə polislər tərəfindən "Təmiz Dünya" qadın və uşaq sığınacağı...