Bakıda polislə sürücü arasında qalmaqal: "Sənin rəisin maşının içinə tüpürüb" (VİDEO)
20
noy
2017
10:23
Bakıda sürücü ilə Yol Polis Xidmətinin əməkdaşı arasında mübahisə baş verib. BAKU.WS-in məlumatına görə, istirahət günü YPX əməkdaşı sürücü Bəxtiyar Hacıyevi saxlayıb ödənməmiş cəriməsi olduğunu deyib. Sürücü YPX əməkdaşına maşında xanım olduğunu, cərimə barədə məlumat verməsini və telefonla, internetdən ödəməsini bildirib. Sürücü sosisal şəbəkədə YPX əməkdaşı ilə mübahisəsini canlı olaraq yayımlayıb. “İstirahət günü YPX saxlayıb, deyir ödənməmiş cəriməniz var, avtomobil üzərinə həbs qoyulub, cərimə meydançasına aparılmalıdır. Deyirəm ki, maşında xanım sərnişin var, istirahət günüdür, cərimə barədə məlumat verin, telefonla və internetdən ödəyirəm. Deyir yox, mən məlumat verə bilmərəm sənə. Getməliyik cərimə meydançasına. Açarı verdim, maşından düşdük ki, aparın. Dirəşdi ki, yox, özün də gəlməlisən. Sonra mübahisə başladı, canlı yayım etdim və başladı "nəzakətli" olmağa, arada "sərxoşsunuz, gözləriniz qızarıb, maşından alkoqol iyi gəlir, sənədləriniz yoxdur" dedi. PPX ilə bölməyə getdik, izahat yazdım, sabah məhkəməyə gedəcəyik. Maraqlıdır, konstitusiyamıza görə şəxsi mülkiyyətin toxunulmazlıq hüququ var. DYP məhkəmə qərarı olmadan bu mülkiyyətə niyə həbs qoymalıdır ki? Bunun özü səhvdir və dəyişməlidir. Maşında xəstə, qadın, uşaq olmasına baxmayaraq, istirahət günü olmasına baxmayaraq adını və rütbəsini yaza bilməyənləri buraxırlar yollara, düşürlər camaatın üstünə ki, cərimə meydançasına getməliyik”. TuncayBAKU.WS
Oxşar xəbərlər
Bakıda qayda pozan sürücünü cərimələyən yol polisi özü qanuna tabe olmadı (VİDEO)
Bakıda yol polisi motosiklet sürücüsünü qayda pozduğuna görə saxlayıb. BAKU.WS-in məlumatına görə, yol polisi sürücünün motosikletinə minərək cərimə meydançasın...