Bakıda polis tabel silahı ilə intihar etdi
12
yan
2019
10:31
Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib.
BAKU.WS xəbər verir ki, “ölkə.az”a istinadən xəbər verir ki, saat 16.00 radələrində banklardan birinə məxsus ofisdə 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov tabel silahı ilə başına güllə ilə vurub.Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Qeyd edək ki, polisin intihar etməyi ofisdə olan müşahidə kamerasınada düşüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin operativ-istintaq hərəkətləri həyata keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.Sonra isə dəfn olunmaq üçün İsmayıllı rayonuna göndərilib. Faktla bağlı cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Məlumat üçün bildirək ki, İlkin Tapdıqov Səbail rayon Mühafizə İdarəsinin əməkdaşı olub. Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib. Qeyd edək ki, İlkin Tapdıqov ailəli olub, 2 azyaşlı övladı var.BAKU.WSOxşar xəbərlər
Bakıda DƏHŞƏTLİ İNTİHAR - 60 yaşlı kişi ürəyinə iki dəfə atəş açdı
Ötən gün Bakı şəhərində güllələnmə hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, ötən gün axşam saatlarında Nərimanov rayonunda güllələnmiş kişi meyiti tapılıb.Mey...