Bakıda 31 yaşlı gənc kirayədə qaldığı mənzildə intihar edib – Borca görə
08
avq
2018
12:18
Qaradağ rayonu, Sahil qəsəbəsində intihar faktı qeydə alınıb.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü İbişov Bayram Əsgər oğlu kirayədə qaldığı fərdi yaşayış evində özünü iplə asıb. Mərhumun meyitini qonşular aşkar ediblər.Hadisə yerinə gələn prokurorluq əməkdaşları araşdırmalar zamanı məlum ediblər ki, rayondan Bakıya işləməyə gələn Bayram fərdi əməklə məşğul olub, ancaq borcu olduğundan qazandığı pullarla onları ödəyə bilmirmiş. Elə bu səbəbdən də intihar yolunu seçib.Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 125,9 ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı 27 yaşlı gənc özünü asıb
Bakı şəhərində 27 yaşlı gənc intihar edib.Binəqədi rayonunun Binəqədi qəsəbəsində 1991-ci il təvəllüdlü Ziya Heydərli yaşadığı evdə özünü asıb.Faktla bağlı Binə...