Bakıda oğlunun ölümünə tab gətirə bilməyən iş adamı özünü güllələdi
Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
BAKU.WS Sputnik.az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1960-cı il təvəllüdlü İldırım Rza oğlu Dadaşov "Makarov” tipli tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb. İntihar hadisəsi zamanı mənzildə İ.Dadaşovdan başqa heç kəs olmayıb.
Mənzilin yoxlanılması zamanı kriminalistlər İ.Dadaşovun intihardan öncə yazdığı məktubunu aşkar ediblər. İş adamı ölümünün səbəbini orada açıq-aydın qeyd edib. Oğlunun ölümünün ona dinclik vermədiyini, bu cür yaşamağın mümkün olmadığını məktubda etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, mərhumun oğlu Moskva yaxınlığında avtoqəza zamanı dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc “Məni bağışlayın” deyib - İntihar etdi
Bakıda intihar hadisəsi baş verib. "Report” xəbər verir ki, rayonun Cavadxan küçəsində 1999-cu il təvəllüdlü Məmmədov Rəvan Rövşən oğlu özünü yaşadığı binanın...