Bakıda ŞOK: Ev sahibinə arvadını təklif edən usta 12 min manat oğurladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS "Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.
Oğurlanan pullar sahibinə qaytarılıb.
Hadisənin isə maraqlı tarixçəsi olub. E.Mehdiyev Binəqədi rayonunda Ramazan Əsgərovun mənzilində usta işləyib. R.Əsgərov ona gecəni bir yerdə keçirmək üçün qadın tapmasını tapşırıb. E.Mehdiyev isə evdə çoxlu pul olduğunu bildiyi üçün bu barədə tanışı Namiqə deyib.
Namiq öz həyat yoldaşını Ramazanın evinə gətirərək ona fahişə kimi təqdim edib. R.Əsgərov Namiqin arvadı ilə intim əlaqədə olan zaman o və tanışı Emin evdəki 12 min manatı oğurlayıblar.
Təqsirləndirilən şəxslər isə Namiqin arvadının Ramazan üçün yemək bişirməyə gəldiyini deyiblər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda anasını yatan yerdə öldürən 17 yaşlı oğlana hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində namus üstündə anasını öldürən 17 yaşlı Maarif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS "qafqazinf...