“Qayınanamı söydü, bıçaqlayıb öldürdüm” - 12 il cəza

“Qayınanamı söydü, bıçaqlayıb öldürdüm” - 12 il cəza
Hadisə 1365

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını söyən bacanağını öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS-in "Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı il iyul ayında Quba rayonunun Nügədi Qazmalar kəndində baş verib. E.Nəsirov bacanağı, 29 yaşlı Nemət Xəlilovu bıçaqlayaraq öldürüb. Qətlin səbəbi N.Xəlilovun E.Nəsirovun arvadı Günəş Mürsəliyeva ilə telefon danışığı zaman onun anası Xatirəni söyməsi olub.

Emin məhkəmədə deyib ki, bacanağını bu söyüşə görə öldürüb: "Telefonda yoldaşıma zəng edib təhqiramiz ifadələr işlətdi. Durdum getdim onunla söhbət edəm. Nemət söhbətə arvadı ilə gəldi. Dedim ki, nə söyüş söyürsən?! O da "istəyirsən üzünə də söyüm”dedi. Mən də bıçaqladım”. 

Arzu Mirzəyeva 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər