Bakıda anasını yatan yerdə öldürən 17 yaşlı oğlana hökm oxundu

Bakıda anasını yatan yerdə öldürən 17 yaşlı oğlana hökm oxundu
Hadisə 7112

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində namus üstündə anasını öldürən 17 yaşlı Maarif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını tərbiyə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 18-də Zabrat-2 qəsəbəsinə, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. M. Əliyev polisə könüllü təslim olub.

M.Qurbanovanın əri arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Məlumata görə, M.Əliyev anasını güllələyərkən o, körpə qızını əmizdirirmiş.

BAKU.WS

Son xəbərlər