Bakıda ərini öldürən 27 yaşlı qadın məhkəmə zalından azadlığa buraxıldı

Bakıda ərini öldürən 27 yaşlı qadın məhkəmə zalından azadlığa buraxıldı
Hadisə 4136

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlayaraq öldürən 27 yaşlı Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan iclasda hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.Kərimovaya bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər