Bakıda məktəb direktorunu soydular

Bakıda məktəb direktorunu soydular
Hadisə 1630

Bakıda məktəb direktorunun otağından oğurluq olub.

BAKU.WS-in report-a istinadən xəbərinə görə, hadisə keçən həftə, iyulun 11-də baş verib.

Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdə direktor Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DTX və polis qanunsuz pul çıxaran şəxsə qarşı əməliyyat keçirib

DTX və polis qanunsuz pul çıxaran şəxsə qarşı əməliyyat keçirib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları vətəndaşın "Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyya...

2117 Hadisə 12:22 16 iyun 2017

Son xəbərlər