Bakıda kişi arvadını boşayıb bacısı ilə evləndi
Bakının Xəzər rayon Məhkəməsində qalmaqallı məhkəmə prosesi başlayıb.
BAKU.WS məlumat verir ki, hüquq müdafiəçisi Məlahət Nəbiyevanın Cebhe.info-ya verdiyi məlumata görə, rayon sakini olan keçmiş ər boşadığı qadının bacısı ilə evlənərək övladını qəyyumluğunu almaq istəyir:
"Belə halla öz təcrübəmdə ilk dəfədir ki, qarşılaşıram. Keçmiş ər boşandığı qadının ana bir, ata ayrı bacısı ilə evlənmək qərarına gəlib. Hazırda bir yerdə yaşayırlar və ailə də kiçik bacını dəstəkləyir. Xüsusilə ana qızının boşandığı əri ilə kiçik qızının evlənməsini istəyir. Ana ikinci evlilikdən olan qızı dəstəkləyib və əvvəlki nikahdan olan qardaş bacısını evdən çıxarıb.
Qadına boşandığı ərini verdiyi aliment də əlindən alınıb. İndi də keçmiş ər qadının uşağını almaq üçün məhkəməyə verib. Qadın övladı ilə bərabər 2 aydır ki, sığınacaqdadır və hər ikisi depressiya vəziyyətinə düşüb”.
Növbəti məhkəmə prosesi fevralın 9-da keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Elza Seyidcahandan yeni şeir
Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. Müğənni yeni şeirini qadınlara həsr edib. BAKU.WS Elza Seyidcahanın "Qadın bir şey istəyir” şeirini təqdim edi...