Bakıda fahişəliklə məşğul olan kişini şantaj etdilər
05
fev
2019
13:45
Bakıda fahişəliklə məşğul olan kişidən şantaj yolu ilə pulları alınıb.Milli.Az bildirir ki, bu barədə "Sputnik-Azərbaycan" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.31 yaşlı Gəncə sakini (adının göstərilməsi etik baxımdan məqsədəuyğun sayılmayıb - red.) bununla bağlı Sabail rayonu 39 saylı Polis Bölməsinə şikayət edib. Şikayətçinin sözlərinə görə, fevralın 2-də 21:00 radələrində R.N. ilə intim xarakterli görüşü olub. Ancaq həmin görüşdən sonra kişi onu biabır edəcəyi ilə şantaj etməyə başlayıb.Susması müqabilində həmin şəxs şikayətçidən min manat pul tələb edib. Sonradan zərərçəkəndən daha 370 manat pul alıb. Bundan başqa, cinayətkar Gəncə sakininin iki mobil telefonu, şəxsiyyət vəsiqəsi və pasportunu əlindən alıb.Bundan sonra şantajçı sənədlərinin qaytarılması üçün daha 600 manat istəyib.İstintaqın gedişində əməliyyatçılar şübhəli şəxsin izinə düşüb və onu saxlayıb. Saxlanılan şəxs 37 yaşlı Naxçıvan (Babək rayonu) sakini R.N.-dir. Ona qarşı hədə-qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişi qadını intim fotoları ilə şantaj edib, 4 min dollar aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.BAKU.WS "ölkə.az"a istin...