Qadını intim şəkillərlə şantaj edən şəxsə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə E.İsmayılov son sözlə çıxış edib.
O, əməlindən peşman olduğunu deyib.
Məhkəmə kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, E.İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.
O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.
Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacaq, onu biabir edəcəyi ilə hədələyib.
Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.
BAKU.WSOxşar xəbərlər
“İnstaqram”da tanış olduğu qızı şantaj edən həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən S. İ. və Ş. A. cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU....