Tanıdığı qadının intim şəkillərini çəkdi və ... - İyrənc hərəkət edən kişi danışdı

Tanıdığı qadının intim şəkillərini çəkdi və ... - İyrənc hərəkət edən kişi danışdı
Hadisə 4141
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elvin İsmayılovun CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, ittiham aktına əsasən, Elvin İsmayılov tanış qadından 10 min manat pul tələb edib, pul verməyəcəyi təqdirdə isə onun intim şəkillərini sosial şəbəkələrdə yayacağını bildirib. Bununla əlaqədar zərərçəkmiş polisə müraciət edib, keçirilmiş əməliyyat tədbiri nəticəsində E.İsmayılov saxlanılıb.Məhkəmə prosesində dövlət ittiham aktını elan edib. Bundan sonra təqsirləndirilən E.İsmayılov ifadə verib.Məhkəmə prosesi davam edir.BAKU.WS

Son xəbərlər